Fəzail Ağamalının qızı-GÜNAY AĞAMALI DEPUTATLIĞA NAMİZƏD KİMİ QEYDƏ ALINDI

Qarşıdan gələn növbədənkənar Parlament seçkilərində iştrak etmək üçün 65 saylı Salyan-Biləsuvar-Neftçala Dairə Seçki Komissiyası tərəfindən rəsmi şəkildə qeydiyyata alındım.

Etikxeber.az xəbər verir ki, bunu Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalının qızı, həm də adıçəkilən partiyanın sədr müavini Günay Ağamalı deyib.

“Öz imzaları ilə mənə etimad göstərib, belə bir şansı verən dəyərli seçicilərimə dərin təşəkkürümü bildirirəm”-deyə, o, sonra qeyd edib.

Qeyd edək ki, AVP sədri, 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən millət vəkili olan Fəzail Ağamalı səhhəti ilə əlaqədar builki seçkilərdə namizədliyini ieəli sürməyib.

Onun yerinə qızı Günay Ağamalı seçkilərə qatılıb və deputatlığıa namizəd kimi qeyd alınıb.

Onu da qeyd edək ki, F. Ağamalı 1995-ci ildən bu yana 6 çağırış Milli Məclisin üzvü olub.

Etikxeber.az

Read Previous

Yağışlar nəticəsində ölkənin əksər bölgələrində çaylarda-SUYUN SƏVİYYƏSİ ARTIB

Read Next

Azay Quliyev rəsmən-DEPUTATLIĞA NAMİZƏD OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir