“Fənərbaxça”nın futbolçusu məhkəməyə verildi

“Beşiktaş” Türkiyə kubokunun 1/8 final mərhələsinin “Fənərbaxça”ya qarşı oyun (0:1) zamanı etdiyi hərəkətlərlə diqqət mərkəzinə düşən rəqib futbolçu Robin Van Persini məhkəməyə verib.

Etikxeber.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hollandiyalı oyun zamanı etdiyi uyğunsuz hərəkətlər üçün cavab verməli olacaq.

O, azarkeşlərə dil çıxardaraq onları təxribata çəkməkdə və “Beşiktaş”ın müdafiəçisi Duşko Toşiçə qarşı ədəbsiz jest etməkdə günahlandırılır.

Klub rəhbərliyi oyunçuyla bağlı fotoları və videonu sübut kimi yerli prokurorluğa təqdim edib.

Etikxeber.az

Read Previous

“Real” Kərim Benzemaya yeni müqavilə təklif etməyə hazırlaşır

Read Next

60 yaşlı qadın intihar etdi – LƏNKƏRANDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir