“Fəxr edirəm ki, azərbaycanlıyam” – QURBAN QURBANOV – AFFA “UEFA”YA MÜRACİƏT EDƏCƏK

Bir dəfə də belə hadisə baş vermişdi. Həmişə belə halları qorxaqlıq adlandırıram və bu cür vəziyyətlərdə insanlıq edirəm. 

Etikxeber.az xəbər verir ki, bunu  “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Avropa Liqasının qrup mərhələsinin II turunun “Düdelanj”la Lüksemburqdakı görüşündən sonra (4:1) keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.

Q.Qurbanov matçın birinci hissəsində baş verən təxribata münasibət bildirib:

“Fəxr edirəm ki, azərbaycanlıyam, “Qarabağ”ı çalışdırıram. Oyun dayandırıldıqda da çalışdıq ki, təmkin nümayiş etdirək. Futbolçuları sakitləşdirək. Komandama minnətdarlıq edirəm. Məni eşitdilər”.

 Qeyd edək ki, təxribat Ağdam təmsilçisinin ikinci qolundan sonra yaşanıb. Separatçı “Dağlıq Qarabağ” rejiminin bayrağının dronla stadionun mərkəzinə gətirilib.
Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb.
Bunu görən şotlandiyalı baş hakim Con Biton matçı dayandırıb.
Təxminən 25 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və Ağdam təmsilçisi 4:1 hesablı qələbə qazanıb.
Onu da qeyd edək ki, AFFA məlum oyunda yaşanan təxribata reaksiya verib. Qurumun “Facebook” səhifəsində verilən məlumata görə, xoşagəlməz hadisə ilə bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb və narazılığını bildirib.

Assosiasiya oktyabrın 4-də isə Avropa futbol qurumuna rəsmi qaydada müraciət edəcək.

Etikxeber.az

Read Previous

Avroliqada II turun oyunları – NƏTİCƏLƏR

Read Next

Azərbaycan UEFA reytinqində Qazaxıstanla fərqi yarım xala endirdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir