“Facebook” bloklandı-RUSİYADA

Roskomnadzor Rusiya mediasına girişin məhdudlaşdırılmasına cavab olaraq “Facebook”u Rusiyada bloklamaq qərarına gəlib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Roskomnadzorun saytında məlumat yayılıb.

Məlumata görə, 2020-ci ilin oktyabr ayından indiyə qədər sosial şəbəkə tərəfindən Rusiya mediasına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

“Son günlər “Facebook”da “Zvezda” telekanalı, “RİA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, “Lenta.ru” və “Gazeta.ru” informasiya resurslarının hesablarına girişi məhdudlaşdırılıb”– deyə, məlumatda bildirilib.

Etikxeber.az

Read Previous

Ərdoğanla Conson Ukraynadakı vəziyyəti-MÜZAKİRƏ ETDİLƏR…

Read Next

13 ilin peşəkar hərbçisi, 3 medallı Vüsal Nağıyev və “Qarabağ” ordenli Asəf Əsgərovun-CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ: BU GÜN HƏR İKİ ŞƏHİDİN 32 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir