“Facebook” intihara meyilli istifadəçiləri təsbit edəcək? – İDDİA

“Facebook” sosial şəbəkəsinin istifadəçiləri arasında intihara meyilli insanları təsbit etmək üçün yeni süni zəka vasitələri istifadəyə veriləcək.

Etikxeber.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu layihə hələ ki, yalnız ABŞ-da tətbiq ediləcək. “Facebook”un mesaj sistemi olan “Messenger” və canlı video platforması “Facebook Live”ə əlavə olunacaq yeni vasitələr sayəsində paylaşımlarda, şərhlərdə və videoda intihara meyilli olduqlarının ip uclarını verən istifadəçilərə zamanında kömək etmək mümkün olacaq. Yeni vasitələr həmin istifadəçinin “dostlarına” çatdırılmasını da təmin edəcək. İstifadəçi “Facebook Live”də intihar edəcəyi təəssüratı verməyə başladığı zaman ekranında avtomatik olaraq “bir dosta çat” və ya “yardım xətti” variantları meydana çıxacaq.

Şirkət bir müddət idi ki, paylaşım hissəsində mesaj və şərhlərdə ola biləcək intihar əlamətlərini diaqnoz edən proqram vasitələrini istifadə edib. Hazırda bu vasitələr “Messenger” və “Facebook Live”i də əhatə edəcək şəkildə genişlənib.

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva da sərt danışdı: Kürəyinə bıçaq saplayanlar az olmayıb Türkün

Read Next

“Qanı yerdə qalmasın”! – Deputat qazaxlı şəhidimizdən yazdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir