Faktiki hava-AÇIQLANDI…

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 21-i saat 17:00-a olan məlumatına əsasən Culfa, Ordubad, Neftçala, Beyləqan, Salyan, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Xaçmaz, Şabran, Biləsuvar, Ləkəranda, Bakıda və Abşeron yarımadasında yağış, Qusar (Laza), Xınalıq, Qax (Sarıbaş), Qrız, Şahdağda qar yağıb.

Xidmətdən Etikxeber.az-a verilən xəbərə görə, Şimal-qərb küləyi arabir Şəkidə 22 m/s, Naftalanda 18 m/s, Ceyrançöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Aran rayonlarında 14 dərəcəyədək, Naxçıvan MR-da 12 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta olub.

Etikxeber.az

Read Previous

“Sülh danışıqlarındakı durğunluq regionda sabitliyə və firavanlığa töhfə vermir”-XİN

Read Next

Sentyabrın 29-da Şəhid olan, nəşi noyabrın 22-də Əbədiyyətə uğurlanan-RÜSTƏM MƏMMƏDOVUN BU GÜN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir