Fatma Yıldırım deputat seçildiyinə görə-ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİNDƏN GETDİ

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində son iş günüm idi. Nə xoş ki, yolum bu Komitədən keçdi və sizi tanıdım, dəyərli həmkarlarım! Göstərdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edir, işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Etikxeber.az xəbər verir ki, bunu adıçəkilən Komitənin şöbə müdiri, Bərdədən millət vəkili seçilən Fatma Yıldırım deyib.

“Əminəm ki, bu kollektiv bundan sonra da çox nailiyyətlər əldə edəcək.İndi əmək fəaliyyətimdə yeni səhifə açılır. Çıxdığım şərəfli və məsuliyyətli yolda məni böyük hədəflər gözləyir. Ümid edirəm ki, mənə olan inam və etimadı doğruldaraq vəzifəmin öhdəsindən layiqincə gələcəyəm”-deyə, qeyd edib.

Qeyd edək ki, F. Yıldırım bu günə kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “İnsan resursları” şöbəsinin müdiri və dövlət qulluğunun müşaviri vəzifəsində işləyirdi.

Həmçinin, YAP Nəsimi rayon təşkilatının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə ilk partiya təşkilatının sədr müavini idi. 

Onun deputatlığa namizədliyi YAP tərəfindən irəli sürülüb və 93 saylı Bərdə şəhər Seçki Dairəsindən 6-cı çağırış Milli Məclisin (MM) üzvü seçilib.

Etikxeber.az

Read Previous

YAP üzvlərinin sayı-750 MİNİ KEÇDİ

Read Next

Tanınmış həkim və yazıçı Firəngiz Rüstəmovanın iki kitabının-TƏQDİMATI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir