Fazil Məmmədovun səlahiyyəti artırılır

Vergilər Nazirliyinə daha bir səlahiyyət verilir.

Etikxeber.az “APA-Economics”ə istinadən xəbər verir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilər.

Bununla bağlı Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə dəyişiklik edilməsi tövsiyə edilib.

Xatırladaq ki, indiyədək vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanları həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət etməli idi. Qanuna təklif edilən bu dəyişiklik qəbul olunarsa, vergi orqanları dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə biləcək.
Qeyd edək ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti şərtlərinin asanlaşdırılması və vergi inzibatçılığının çevikliyinin gücləndirilməsi məqsədi ilə  hazırlanıb.
Xatırladaq ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Etikxeber.az

Read Previous

“Vur, komandir, vur…”-un toyudur-VİDEO

Read Next

“Azərbaycan substantiv və nəticəyönümlü danışıqların tərəfdarıdır”- Nazir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir