Fazil Mustafa BDU-dan, Mədət Quliyevdən və Firudun Qurbanovdan yazdı…

Bakı Dövlət Universiteti ənənəvi olaraq əslində Azərbaycanda ali təhsilin hansı səviyyədə olmasının barometri saylır.

Ölkənin tələbə sayına və tarixinə görə ən əzəmətli universiteti sayılan BDU haqqında rəylər bizləri də yaxından maraqlandırır, çünki bu gün az-çox qazandığımız bilgilərə, həyat təcrübəsinə görə onun müəllimlərinə və təhsil mühitinə borcluyuq.

Etiraf edim ki, son illərdə hər dəfə bu universitetin binasına rəsmi tədbirlərdə iştirak etmək üçün daxil olanda özümü hansısa inzibati orqanın aurası içində hiss etdiyimdən burada sağlam təhsil mühitinin yaranmasını çox arzulayırdım.

Hazırda Bakı Dövlət Universitetini üçün belə bir şansın yarandığını düşünürəm.

Vaxtilə Milli Təhlükəsizlik nazirliyinin durumunu xatırlayanda görürsən ki, hansısa bir kadr dəyişikliyi bir qurumun korlanmış imicini qısa müddətdə necə dəyişə bilir. Bir neçə il öncə insanlar üçün işgəncə aparatına çevrilmiş, sahibkarlardan şantaj və quldurluq yolu ilə pul soyan müxanizm sayılan Milli Təhlükəsizlik Nazirliyi Mədət Quliyevin təyinatından sonra sırf dövlətin təhlükəsizliyi ilə məşğul olan quruma çevrildi, rüşvət və soyğunçuluq tamamilə ortadan qaldırıldı və bu qurumun itirilmiş nüfuzu bərpa olundu.

medet_842

QURBANOV F

BDU_OXU

Yəni, niyyət olanda bir şeyləri köklü şəkildə dəyişmək mümkün olur.

İndi də universitet rektoru vəzifəsinin icrasına təhsil nazirinin müavini Firudun Qurbanovun təyin olunması ilə belə bir mütərəqqi dəyişimin baş verməsini gözləmək olar.

Korrupsiyada adı hallanmayan, təhsil sistemində ciddi təcrübəyə malik olan Firudin Qurbanovun burada sağlam təhsil mühiti, elmi araşdırmalara təşviq sistemi yaratmaq potensialına güvənirəm və ümid edirəm ki, yaxın gələcəkdə daha fərqli bir Universitet imici ilə qarşılaşacağıq.

Bakı Dövlət Universitetində baş verəcək müsbət dəyişikliklər ali təhsil sistemimizdə sağlam islahatlar üçün ciddi bir stimul ola bilər.

Fazil Mustafa,

Millət vəkili 

Etikxeber.az

Read Previous

2019-cu il Qarabağ münaqişəsinin həllində dönüş ili ola bilər? – TƏHLİL

Read Next

Yasamal yaşayış kompleksinin açılışı oldu – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir