Fazil Mustafa da seçiciləri təhqir edən deputatı sərt ifadələrlə ittiham etdi

Rusiyaya köçüb getmiş azərbaycanlılara qarşı “otxod” sözünün işlədilməsinə münasibətim birmənalı mənfidir.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili  Fazil Mustafa öz “Facebook”  səhifəsində deputat Astan Şahverdiyevin məcburi köçkün və qaçıqnları təhqir etməsinə, həmçinin, Rusyaya gedənləri cəmiyyətin “otxod”u adlandırmasına  mövqeyini bildirib.
Onun sözlərinə görə,  Azərbaycandan xaricə getməyə məhkum olmuş insanlara bu cür yanaşma yolverilməzdir: “Hətta onların içində Rusiya və başqa ölkələrdə davranışlarına görə müəyyən problemlər yaradan insanlar varsa, bunun da günahını onların yetişdiyi məhz buradakı təhsil, ailə və sosial mühitində axtarmaq lazımdır. Orada Azərbaycanı ləyaqətlə təmsil edən minlərlə tanıdığımız və tanımadığımız insanlar var. Bu insanların böyük əksəriyyəti adi yaşamını təmin etmək üçün ölkəni tərk etməyə məcbur olublar. Azərbaycanda minlərlə ailələr var ki, yaşamaq üçün ümidlərini oradan yaxınlarının göndərdiyi vəsaitə dikiblər.
Millət vəkili onu da əlavə edib ki, ümumilikdə isə mühacirətdə olan həmvətənlərimizə münasibətimiz fikrimcə belə düzənlənməlidir: “Yaxşıları, faydalıları dəstəkləyərək nümunəyə çevirmək, pis obrazda tanınanların yaşadıqları cəmiyyətə islah olunaraq interasiyasına yardım etmək. Yəni diasporanın keyfiyyətini yüksəltməyin yolu ona dövlət olaraq, cəmiyyət olaraq səmimi və məqsədyönlü şəkildə sahib çıxmaqdan və onlardan ölkənin mənafeyi üçün faydalanmaqdan başlayır”.
Etikxeber.az

Read Previous

Qanunsuz valyuta mübadiləsi aparan daha bir nəfər cərimə olundu

Read Next

Bakı Beynəlxalq Avtovağzalı da gücləndirilmiş iş rejiminə keçir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir