Fazil Mustafa güllələndi-AYAĞINDAN VƏ ÇİYNİNDƏN YARALANDI, CİNAYƏT İŞİ BAŞLANDI – YENİLƏNİB – (4)

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Musatafa güllələnib

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili evinin yaxınlığında marketdən çıxan zaman naməlum şəxs və şəxslər tərəfindən güllələnib.

Hazırda deputat təcili yardım briqadası tərəfindın xəstəxanaya aparılır.

22:31

***

Millət Vəkili Fazil Musatafaya sui-qəsd olub.

Daxili İşlər Nazirliyindən (DİN) mediaya bildirilib ki, deputat yaşadığı evin yaxınlığında naməlum şəxs və ya şəxslər tərəfindən güllələnib.

Ayağından və çiynindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı əməliyyat-istintaq qrupu yaradılıb.

Araşdırmalar davam etdirilir.

DİN-dən verilən məlumata görə hadisə Sabunçu rayonunda baş verib.

Hazırda əməliyyat axtarış qrupu hadisə yerindədir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarışdadır.

22:49

***

TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Bu barədə isə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir.

Vəziyyəti stabil olaraq qiymətləndirilir.

Həyati təhlükəsi yoxdur.

22:58

***

Fazil Mustafaya qarşı baş verən silahlı hücümla bağlı cinayət işi başlanılıb.

Bu barədə də DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib.

Bildirib ki, polis və prokurorluq əməkdaşları tərəfindən hazıfda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.

23:09

***

Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan bildirilib ki, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

Media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.

23:20

***

Bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq – mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

Bu barədə isə Milli Məclisdən bildirilib.

TƏBİB-dən verilən məlumata görə, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsinin olmadığı bildirilir.

Qeyd edək ki, hazırda BMT Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli iclasda iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova hadisə ilə bağlı məlumat aldıqdan sonra Fazil Mustafanın ailəsi ilə əlaqə saxlayıb, onun vəziyyəti ilə maraqlanıb.

Etikxeber.az

Read Previous

“Bir Fazil Mustafa ölər, yüzü doğular…”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

İllər öncə atasını itirən, ailənin tək və subay oğlu olan-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏFQAN NƏSİROVUN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir