Fazil Mustafa Həlimə Əliyeva və Ədilə Mütəllibovadan yazdı – BİRİNCİ VİTSE-PREZİDENTİ TƏQDİR ETDİ

Fazil MUSTAFA: Mehriban xanımın son iki davranışının Azərbaycanda formalaşan bəzi mənfi mentallığın dəyişməsində böyük əhəmiyyəti olacağını düşünürəm

Azərbaycanın birinci vitse-prezidenti hörmətli Mehriban xanımın keçmiş prezident Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə xanımın vəfatı ilə bağlı yüksək insanpərvərlik sayıla biləcək davranışı siyasi baxışından və statusundan asılı olmayaraq heç hər şeyin insan münasibətlərindən üstün ola bilməyəcəyi düşüncəsini cəmiyyətə aşılamağa xidmət edir.

helime

ayaz-yoldasi

Bundan öncə də keçmiş prezident Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanımın vəfatı ilə bağlı atdığı hər cür tərifəlayiq addım kimi, bu davranış da cəmiyyətdə həqiqətən təqdirlə qarşılanır.

Artıq Azərbaycan cəmiyyətində siyasi münasibətlərin gərginliyini azaltmaq zərurəti hamımız düşündürməlidir.

Yuxarıda qeyd etdiyim bu iki nümunə insanlarımız üçün ciddi bir düşüncə dəyişiminə çağırış kimi də anlaşıla bilər. Siyasi mübarizənin gərginliyi fonunda bir millətin övladları arasında insanı münazibətlərin zədələnməsinə, dəyərlərin aşılanmasına qətiyyən yol vermək olmaz.

Bir çox hallarda bir qrup insanlar hakimiyyətin isti yanaşmadığı keçmiş vəzifəli və ya tanınmış şəxslərin yas mərasimində iştirak etməkdən çəkinirlər.

Eyni hal müxalifətdə olan insanların da ağır günlərində müşahidə olunur.

İnsanların sevinc və ya kədərinin siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz.

Mehriban xanımın son iki davranışının Azərbaycanda formalaşan bəzi mənfi mentallığın dəyişməsində böyük əhəmiyyəti olacağını düşünürəm.

Bu həm də Azərbaycan iqtidarına böyük nüfuz gətirən bəlkə də ən ciddi faktorlardan biri sayıla bilər.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

HƏR AN SİZİNLƏYİK – Akademik yazdı

Read Next

İki hərbçi öldü, biri ağır yaralandı – HƏRBİ HİSSƏDƏ DƏHŞƏTLİ HADİSƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir