Fazil Mustafa “Qudurublar!” sözünə görə Nigar Camalı tənqid etdi

“Arda Turan adlı Türkiyənin həqiqətən istedadlı futbolçularından biri əleyhinə yazı yazmış yaşlı bir jurnalistə əl qaldırmaqla xeyli nüfuz itirdi. Kim olursan ol, elə davranışlar var ki, cəmiyyət onu sənin hansısa xidmətlərinə də bağışlamır. Olmaz. Tərbiyəli olmağa məhkumsan. Xüsusilə də cəmiyyətin sevdiyi, insanların simpatiyasını qazanan bir insansansa, xüsusilə diqqətli olmalısan. İndi baxıram ki, bizdə də Nigar Camal adlı bir Evrovizion qalibi narazı qaldığı yol polisləri haqqında təhqiramiz ifadə işlədib”.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Fazil Mustafa dilə gətirib.

“Anlayıram, polislərin davranışında, rəftarında hüquqa uyğun olmayan epizodlar ola bilər, xanımın haqsız yerə maşınını saxlamaqla əsəbləşdirə də bilərlər, ancaq bunun qarşılığı 102-yə zəng edərək həmin polisin rəftarı barədə bilgi verməkdir. Ölçü götürülmədiyi halda yenə də etik çərçivəni aşmadan neqativ əməl sahibi olan polisin davranışı barədə fikirlərini ictimaiyyətə çatdıra bilərsən”-deyən millət vəkilinin sözlərinə görə, yoxsa, “mən bir beynəlxalq yarışın qalibiyəm”- deyə, yol polisinə yönəlik “Qudurublar!”- deyə, ifadə yazmaq və paylaşmaq heç bir ədəb ölçüsünə uyğun gəlmir.

“Əslində bu ifadəni ancaq nəyəsə, kiməsə arxayın olan adamlar belə rahatlıqla, məsuliyyətsiz formada işlədə bilərlər. Nə olur olsun, tanınmış insanlar bu cür təhqiramiz ifadələr seçməkdən uzaq durmağa çalışmalıdırlar”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu, rəsmi İrəvanın təxribatıdır…” – QƏNİRƏ PAŞAYEVA

Read Next

SADİQ XAN: “London polisi məscidlərin mühafizəsini gücləndirəcək”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir