Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Cümhuriyyətin yubileyinin keçirilməsinə 6 ay qalır. Bununla bağlı dövlət başçısının sərəncamı da var. Ancaq mən Gürcüstan və Ermənistan saytlarına baxıram. Onlar cəmiyyət olaraq bu yubileyə daha həssas münasibət göstərirlər”.
Etikxeber.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin növbəti plenar iclasında çıxışı zamanı səsləndirib.
Millət vəkili deyib ki, tədbirlərin keçirilməsi üçün parlamentin də qərarı olmalıdır:
“Bu cümhuriyyətin qurulmasınada iki böyük tarixi şəxsiyyətin rolu var. Biri Məhəmməd Əmin Rəsulzadədir. Digəri isə hərbi cəhətdən bizə kömək etmiş Nuru Paşadır. Mən deputat həmkarım Qüdrət Həsənquliyevlə birgə baş nazir Artir Rasi-Zadəyə bu iki şəxsin abidəsinin qurulması ilə bağlı müraciət etdik. Bizə bir cavab deyən yoxdur. Rəsulzadənin evi Novxanıda uşaq bağçası kimi istifadə edilir. Biz sonda tədbirlərin keçirildiyini deyəcəyik, amma yenə bu şəxsiyyətlərlə bağlı heç nə etmədiyimiz bəlli olacaq”.
“Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyinin qeyd olunması ilə bağlı işlərə start verilib”.
Bunu isə spiker Oqtay Əsədov F. Mustafaya cavabında bildirib.
Spiker qeyd edib ki, MM prezidentin sərəncamından dərhal sonra lazımi işlərə başlayıb:
“Həm cümhuriyyətin, həm də parlamentin yüz illiyi ilə bağlı işlərə start verilib. İşlər gedir. Yaxın zamanda nəticəsini görəcəksiniz”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az