Fazil Mustafadan-ZİYAFƏT ƏSGƏROVA CAVAB ÖZÜNÜ GÖZLƏTMƏDİ

Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin iclasında şəxsimizə yönəlik bir atmaca ilə gündəmə gəlib.

Etikxeber.az xəbər verir ki, millət vəkili Fazil Mustafa deyib.

O, sonra qeyd edib:

meclis-oqtay-1

“İclasda iştirak etmədiyimdən bu məlumatı saytlardan oxudum. Açığı mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədyim halda belə bir açıqlaması bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq.

Məni narahat edən, sadəcə, bir elmlər doktorunun, Anayasa professorunun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmamızı selfi çəkdirmək kimi dəyərləndirməsidir. Görünür, hörmətli professor Anayasanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib.

Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsındə Milli Məclisin nüfuzu aşağı salınır”.

Etikxeber.az

Read Previous

“Uşaqlar arasında qumar oyunlarına maraq həddindən çox artıb” – QƏNİRƏ PAŞAYEVA

Read Next

“Bu, islahatların yeni sima və həyatın yeni tələbləri ilə davam etdirilməsidir” – YAP RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir