“Ferrari” yeni maşınını təqdim edəcəyi vaxtı açıqladı

Formula-1 komandaları bayram fasiləsindən sonra növbəti mövsümə hazırlıqlarını davam etdirəcəklər.

Etikxeber.az f-1.az saytına istinadla xəbər verir ki, onların qarşısında duran başlıca vəzifə maşınların hazırlanması, çarpma (krəş) testlərdən keçirilməsi və təqdim edilməsidir.

“Ferrari” yeni maşınının təqdimat tarixini ilk açıqlayan komanda olub. Maşın qış testlərinin başlamasına üç gün qalmış – fevralın 24-də təqdim olunacaq. Komandanın rəhbərliyi bu məlumatı Fyoranoda təşkil olunmuş korporativ milad naharı zamanı açıqlayıb.

Maşının “Ferrari” üçün doğma olan Fyorano trasında təqdim olunması və rəsmi çəkiliş gününün təşkil olunması planlaşdırılır.

Etikxeber.az

Read Previous

Hava yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

Read Next

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir