Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Böyük ölkələr ticarət festivalı ənənəsini yaradıb və bu festivallar turist axınına səbəb olub. Festivallarda turistlər nəinki alış-veriş edir, eyni zamanda ölkənin tarixi abidələri, mədəniyyəti ilə tanış olurlar”.
Etikxeber.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, ticarət festivalı Qafqazda və Orta Asiyada ilk təcrübədir:
“Hər ölkənin özünəməxsus xüsusiyyəti olmalıdır. Dünyada ticarət fəaliyyəti turizm bazarında 2-4-cü yerləri tutur. Ticarət festivalları turist axınına 30 faiz təsir edir.
Festivalın məqsədi nəinki turistlərin axınını təşkil etməkdən ibarətdir, eyni zamanda daxili turizmi inkişaf etdirəcək. Festival zamanı “Tax-free” tətbiq olunacaq.
Bu təcrübə heç bir yerdə yoxdur. İlk dəfə Azərbaycanda olacaq. Azərbaycanda tətbiq olunacaq ilk təcrübə gözləyirik ki, bu addım yaxşı nəticə verəcək”.
Etikxeber.az