“FETÖ Azərbaycanda da çevrilişə cəhd edə bilər” – DEPUTAT

“FETÖ Türkiyədə olduğu kimi Azərbaycanda da çevrilişə cəhd edə bilər“.
Etikxeber.az xəbər verir ki, bu fikri Yerli Düşüncə Dərnəyinin sədri, AKP Ordu millət vəkili Mətin Gündoğdu  bu gün Bakıda  “Türk Filmləri Həftəsi”nin başlanmasıilə bağlı düzənlənən tədbirdə deyib.
“Türk Filmləri Həftəsi” ilə bağlı düzənlənən toplantıda çıxış edən AKP millət vəkili  M. Gündoğdu çıxışında əsas diqqəti  Türkiyədə 15 iyul hadisələrinə diqqət çəkib:“ 15 iyul bir işğal cəhdi idi. 244 şəhid və 2126 qazi ilə bu cəhdin qarşısı alındı. Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi baş tutsaydı, Azərbaycan da bundan ziyan çəkəcəkdi. Eyni zamanda qonşu dövlətlər, İran, Suriya da bundan daha çox ziyan çəkəcəkdi”. 
Onun sözlərinə görə, Fətullahçı Terror Təşkilatı (FETÖ) 40 ildir ki, təşkilatlanıb: “FETÖ olduğu bütün coğrafiyalarda, ölkələrdə, Qazaxıstanda, Qırğızıstanda, Azərbaycanda, Afrikada bu cür çevriliş cəhdləri edə bilər”.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, iyulun 15-də türk xalqının üzləşdiyi olay tarixdə rast gəlinməyən böyük xəyanətdir: “Türk xalqı həmişə olduğu kimi, bu dəfə də xəyanətin qarşısını aldı. Türk milləti böyük bir millətdir, xainliklə yox etmək, bölmək mümkün deyil.Türkiyəyə qarşı çıxanlar həmişə türk xalqının dəmir yumruğu ilə əziləcək. Ən azı Azərbaycan xalqını da əlavə etsək, 100 milyondan çox insanın ürəyi türk milləti ilə atdı. Türkiyə və Azərbaycan xalqı ətlə dırnaq kimi bir-birindən ayrılmayacaq qardaş xalqlardır”.
 Türkiyə prezidentinin baş məsləhətçisi, sabiq mədəniyyət naziri Yalçın Topçufilmlərin xalqların bir-birini tanıması üçün mühüm vasitə olduğunu vurğulayıb: “Mən mədəniyyət naziri olan zaman qardaş xalqların filmlər vasitəsilə bir-birini yaxından tanımasına çalışdım. Bu çərçivədə də müxtəlif ölkələrdə “Türk Filmləri Həftəsi” təşkil edilməyə başladı”.
 Türkiyənin Yerli Düşüncə Dərnəyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakıda “Türk Filmləri Həftəsi” ilə əlaqədar tədbir  keçirilib və tədbir çərçivəsində Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı hazırlanmış sənədli film nümayiş etdirilib.
Etikxeber.az

Read Previous

Sulu qar, qar yağacaq

Read Next

Çox intensiv danışıqlar aparırıq – Malena Mard

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir