“FETÖ”-cüləri bizə təslim etməsələr…” – ƏRDOĞAN QRUP TOPLANTISINDAN SƏSLƏNDİ

Türkiyə cümhurbaşqanı, AKP genəl başqanı Rəcəb Tayyib Ərdoğan 1044 gündən sonra yenidən adlçəkilən partiyanın TBMM-dəki qrup toplantısına qatılıb və orada çıxış edib.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, “1044 gün sonra yenidən sizinlə birgə olmanın bəxtiyarlığını yaşamaqdan qürur duyuram”-deyən R. T. Ərdoğan qrup toplantısında bildirib ki, AKP demokratdır, AKP cümhuriyyətçidir, AKP devrimçidir (inqilabçı) və AKP mühafizəkardır.

O, çıxışında həmçinin deyib ki, ölkəni “FETÖ”-yə təslim etmədilər.

“Əgər kimlərsə “FETÖ”-cüləri bizə təslim etməsələr, biz də onların axtardıqlarını tapanda onlara təhvil verməyəcəyik, təslim etməyəcəyik”- deyən Ərdoğan Qərb ölkələrinə də yüklənib.

Ərdoğan onu da deyib ki, ölkəyə demokratiyanı onlar-AKP gətirib.

AKP rəhbəri qrup toplantısından sonra isə hökumətdə dəyişikliklərin olub-olmayacağı ilə bağlı media mənsublarının israrlı suallarına cavab verməkdən yayınıb.

Etikxeber.az

Read Previous

Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirildi

Read Next

“PYD (YPG) canidir, xaindir, şərəfsizdir” – BAXÇALIDAN SƏRT SÖZLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir