Fevralın 7-də Birinci Qarabağ müharibəsində itkin düşən daha 3 Şəhidin-DƏFN MƏRASİMİ OLACAQ

Birinci Qarabağ müharibəsində itkin düşən daha üç hərbçinin kimliyi eyniləşdirilib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında deyilir.

Məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşən 3 hərbçinin qalıqları fevralın 7-də dəfn olunacaq.

Dəfn mərasimləri müvafiq olaraq Yevlax şəhəri Şəhidlər xiyabanı, Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığı, Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında olacaq.

Etikxeber.az

Read Previous

Dövlət Yol Polisindən küləkli hava ilə bağlı-ÇAĞIRIŞ

Read Next

Ukraynaya humanitar yardım məqsədilə 1 milyon ABŞ dolları vəsait ayrıldı-PREZİDENT SƏRƏNCAM İMZALADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir