FHN də Salyandakı dəhşətli yol qəzası ilə bağlı açıqlama yaydı

Fövqəladə Hallar Nazirliyi də (FHN) Salyan rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.

Etikxeber.az-ın nazirliyini saytına istinadən verdiyi xəbərə görə, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KamAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:00-da başa çatıb.

Etikxeber.az

Read Previous

Türkiyə yeni komissiya fəaliyyət göstərəcək – OHAL

Read Next

Azərbaycan basketbolçusu karyerasını Fransada davam etdirəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir