FHN: Neftçilərin axtarışına 3 helikopter cəlb edilib

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzər dənizində baş verən hadisə ilə bağlı növbəti məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, dekabrın 15-də Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam etdirilir.

Hazırda FHN Aviasiya dəstəsinin üç helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri Xəzər dənizində axtarış işlərində iştirak edir.

Bununla yanaşı, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.

Etikxeber.az

Read Previous

“Rembo”-ya da vəzifə verilir…

Read Next

“Sürət həddi bir qədər artırılıb”- BNA nəqliyyatın hərəkətində çətinliyin olmadığını deyir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir