FHN: Qubada restoran, Bakıda iki avtomobil yandı, liftdə qalmış 8 nəfər isə xilas edildi

Qubada yanğın hadisəsi qeydə alınıb.

Etikxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan restoranın mətbəxin yanar konstruksiyaları 10 m2 sahədə yanıb.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Həmçinin, Bakıda iki avtomobil yanıb.

Bakının Suraxanı rayonunda vətəndaşa məxsus “Daewoo” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir avtomobil Bakının Sabunçu rayonunda yanıb. Səhiyyə Nazirliyinin balansında olan “Mercedes” markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eyni zamanda, Bakıda liftdə qalmış 8 nəfər xilas edilib.

Xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 8 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 00:37-da başa çatıb.

Etikxeber.az

Read Previous

“Bir dəfə də Xocalı soyqırımı barədə danışmayan Ştetinanın…” – DEPUTAT

Read Next

Kamerunda hərbi gəmi çevrildi: Ölən və itkin düşənlər var

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir