FHN və Baş Prokurorluq düşmənin yenidən Gəncəni atəşə tutması, ilkin itkilərlə, zərərlərlə bağlı-MƏLUMAT YAYDI… – YENİLƏNİB – FOTOLAR

Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində  Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. Nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN)  Etikxeber.az-a verilən məlumata görə, dərhal əraziyə cəlb olunmuş Nazirliyin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, FHN hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

***

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə oktyabrın 10-da saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir. 

Etikxeber.az-a  Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

Fotolar APA-nındır.

Etikxeber.az

Read Previous

Düşmən Gəncəni yenidən atəşə tutur-İLKİN MƏLUMATA GÖRƏ, 5 NƏFƏR HƏLAK OLUB, 28 NƏFƏR YARALANIB – YENİLƏNİB – (1)

Read Next

“Bakı şəhərinin atəşə məruz qalması barədə yayılan məlumatlar yalandır”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir