“FİDE prezidentinin rusiyayönlü adam olduğundan müharibə müddətində qurumun turnirlərində oynamayacağam”-AZƏRBAYCANLI QROSSMEYSTER

Azərbaycan şahmatçısı Rauf Məmmədov FİDE bayrağı altında yarışlarda iştirakdan imtina edib.

Etikxeber.az xəbər verir ki, 34 yaşlı qrossmeyster bu addımı Ukraynada baş verən hadisələr üzündən atıb.

Azərbaycan yığmasının heyətində komandalararası Avropa çempionatının qalibi olan şahmatçı FİDE rəhbərliyinin hadisələrə mövqeyinə etirazını feysbuk səhifəsində açıqlayıb:

“Söz verirəm ki, FİDE prezidentinin rusiyayönlü adam olduğundan müharibə müddətində qurumun turnirlərində oynamayacağam. Ukraynaya eşq olsun!”.

Xatırladaq ki, Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.

FİDE prezidenti isə rusiyalı Arkadi Dvarkoviçdir.

Etikxeber.az

Read Previous

Şarl Mişel İlham Əliyev və Nikol Paşinyanla 2-ci üçtərəfli görüşün yekununa dair-BƏYANAT YAYDI

Read Next

Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir