FİFA prezidenti dünya çempionatının Rusiya və Qətərdən alınmasının əleyhinə çıxdı

“Bütün dünyada olduğu kimi, Rusiya və Qətərdə də futbolu sevən insanlar yaşayır”.

Etikxeber.az-ın məlumatına görə, bu sözləri FİFA prezidenti Canni İnfantino deyib.

O, bildirib ki, DÇ-2018-in Rusiya, DÇ-2022-nin Qətərdən alınmasının əleyhinədir.

Ümumdünya Antidopinq Agentliyinin (WADA) rəhbəri Riçard Maklarenin qarşıdakı mundialı boykota çağırması ilə razılaşmayan İnfantino bunu çıxış yolu saymadığını qeyd edib:

“Yarışların keçirmək hüququndan məhrum etmək və boykot heç vaxt çıxış yolu olmayıb. Əgər problemlər varsa, onları həll etmək, müzakirələr aparmaq lazımdır. Biz irəli doğru getməliyik”.

Qeyd edək ki, Rusiyadakı dünya çempionatı 2018-ci il iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

Etikxeber.az

Read Previous

Qaçqın və sığınacaq axtaran şəxslərin sayı 1300-ə yaxındır- Dövlət Miqrasiya Xidməti

Read Next

Qərargah:İtkin düşən neftçilərin axtarış-xilasetmə zonası daha da genişləndirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir