“Fikirlərim, təkliflərim AŞPA-nın məruzəsində öz əksini tapacaq…” – RAFAEL HÜSEYNOV

“Novruz bayramı günlərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komitələrinin növbəti içlası keçirilirdi. Həmin komitələrdən birinin iclasında mədəni irsinin qorunması, onun məhv edilməsinin qarşısının alınması ilə bağlı bir məruzə müzakirə olunurdu. Həmin məruzəni hazırlayan şəxs də Azərbaycanı tanıyan, bura gəlib-gedən şəxs idi”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin aprelin 5-də keçirilən iclasında komitə sədri, akademik Rafael Hüseynov deyib.
Onun qeyd etdiyinə görə, məruzənin müzakirəsi zamanı o da çıxış edib və bildirib ki, mədəni irs bəşəriyyətə məxsudur, insanlığa aiddir.
“Lakin onu da əlavə etdim ki, ilk öncə AŞPA-ya üzv olan Avropa ölkələrində bu sahədəki vəziyyəti düşünməliyik.Məsələn, Avrorada ən qədim insan-yaşayış məskəni Azıx mağarasıdır, bu, təsdiqlənmiş faktdır. Ancaq bu gün həmin mağara işğal altındadır, erməni təcavüzünə məruz qalıb, dağıdılıb. Eyni zamanda, qeyd etdim ki, bu gün Azərbaycandakı 200 muzeyin 22-si işğal altındadır. Onların eksponatları oğurlanıb, məhv edilib, satışa çıxarılıb. Bildirdim ki, bu faktlar da məruzədə əksini tapmalıdır. Mənim fikirlərim Türkiyədən, Ukraynadan, Böyük Britaniyadan olan deputatlar tərəfindən də dəstəkləndi, onları məni müdafiə etdilər. Çox sevindirici haldır ki, fikirlərim, təkliflərim həmin məruzədə də öz əksini tapacaq”-deyə, akademik sonra sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Nuşirəvan Məhərrəmli: “Əvvəllər 40-50 kanala baxmaq mümkün olurdusa…”

Read Next

“NTV+” televiziya kanalı Azərbaycanda qeyri-qanuni yayımlanır – AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir