Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Sabiq Ədliyyə naziri Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
Etikxeber.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin (MM) bu gün keçirilən iclasında səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Konstitusiyanın 130-cu maddəsinin II hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir.
Fikrət Məmmədov 2000-ci ildən 2024-cü il fevralın 16-dək Ədliyyə naziri vəzifəsində çalışıb.
***
Bu vəzifəyə mənim namizədliyimi irəli sürdüyü üçün Prezidentə təşəkkür edirəm.
Bunu MM-in bu gün keçirilən iclasında Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülən Fikrət Məmmədov deyib
Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatı üçün and içib:
“Bu gün özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycan bütün ərazilərimizdə Konstitusiyamızın hüquqi qüvvəsi bərpa olunub. Hazırda ərazilərimiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə sürətlə bərpa olunur, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı sevincini yaşayırıq. Belə dövrdə Konstitusiyanın aliliyinə xidmət etmək sevinci mənə nəsib oldu”.
Etikxeber.az





