Filarmoniya və Mədəniyyət kanalının birgə konserti keçiriləcək

Martın 14-də saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Filarmoniya və Mədəniyyət kanalı birgə konsert keçirəcək.

Filarmoniyadan Etikxeber.az-a verilən məlumata görə, konsertdə bədii rəhbər və dirijor Faiq Sadıqovun rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək. Solist – Səbuhi Cəfərovdur (tar).

Qeyd edək ki, proqramda Q.Qarayev, H.Xanməmmədov, R.Xorsakov, S.Ələsgərov, V.Adıgözəlov, O.Kazımi, N.Əliverdibəyovun əsərləri səslənəcək.

Etikxeber.az

Read Previous

Nazirlik: “Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır”

Read Next

Deputatın “Biz türk deyilik” açıqlamasına reaksiyalar gəldi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir