Finlandiya XİN NATO-ya üzvlük protokolunun təsdiq üçün Türkiyəyə-TƏŞƏKKÜR ETDİ

Finlandiya Xarici İşlər Nazirliyi NATO-ya üzvlük protokolunun təsdiq üçün Türkiyəyə təşəkkür edib.

Etikxeber.az məlumat verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin “Twitter” hesabında paylaşım edilib.

Yazıda “Təşəkkür edirik! Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləmə qərarına görə, Türkiyə Böyük Millət Məclisinə minnətdarıq”-fadələri yer alıb.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da “Twitter” hesabında proseslə bağlı məlumat verib və deyib:

“Bu gün 10 aydan çox davam edən işi geridə qoyduq. 17 may 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət etdik. İlk təsdiqlər Kanada və Danimarkadan alındı. Macarıstan təsdiqini sabah Vaşinqtona təqdim etməlidir. İndi Türkiyə Böyük Millət Məclis öz qərarını verdi. Tarixi günləri yaşayırıq”, – deyə paylaşımda bildirilib.

Etikxeber.az

Read Previous

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından-105 İL ÖTÜR

Read Next

Yollarda sıxlıq müşahidə olunur-BAKIDA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir