Firəngiz Rəhimbəyli 62 yaşında-DÜNYASINI DƏYİŞDİ

Müğənni Firəngiz Rəhimbəyli vəfat edib

Etikxeber.az-ın xəbərinə görə, tanınmış müğənni ürək tutmasından vəfat edib.

Firəngiz Rəhimbəyli 1960-cı ilin aprel ayının 1-də Ağdamın Şişpapaqlar kəndində anadan olub.

1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla onlarla iş birliyi olub.

Bir sıra filmlərdə rol alan Firəngiz Rəhimbəyli daha çox “Bəxt üzüyü” filmindəki Seda rolu ilə məşhurluq qazanıb.

1999-u ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

Daha 549 yeni-YOLUXMA…

Read Next

Bayden 430 milyardlıq “inflyasiya qanun”unu-TƏSDİQLƏDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir