Firuzə İbadova bu gün də Ulduzdur, özü də heç vaxt sönməyəcək Ulduz!-AYBƏNİZ HAŞIMOVA AİDİYYATI QURUMLARA SƏSLƏNDİ…

Firuzə xanım İbadova…

Bəli, onu mən tanıyanda o, artıq indiki dəbdə olan ifadə ilə desək, Ulduz idi.

Mənimcün bu gün də Ulduzdur, özü də heç vaxt sönməyəcək Ulduz!

Onun haqqında bütün bildiklərimi, gördüklərimi söhbətləşmək istəyirəm.

Cünki zaman elə sürətlə gedir ki, bir də baxırıq ki, çatmışıq müəyyən yaşa və ömrün əlimizdən alıb nə qədər apardığı var… gəncliyimiz, sağlamlığımız, illərimiz,  doğmalarımız, ümidlərimiz, gözlədiyimiz.

O gözlədiyimiz ki, bir də heç vaxt qayıtmayacaq gəncliyimizin işıq dolu səsi…

O səs ki, hər zaman hər kəs dinləmək, görmək arzusu ilə, cibinin ən sonuncu parasını bəlkə də bilet alıb “Azkonsert”, Filarmoniya səhnələrində Firuza İbadovanı dinləməkçün onun çıxış etdiyi konsertlərə gələrdi onu sevən tamaşaçılar.

Firuzə İbadovanın çıxış etdiyi o əzəmətli konsertlərinin dəfələrcə şahidi olub, onu yaxından dinləyib, hətta pərdə kənarında onu dinləyə-dinləyə ondan öyrənmişəm musiqiyə onun musiqi baxışını.

O, 1981-ci ildə dahi Şövkət xanımın Ulu Öndər Heydər Əliyev tərəfindən  verilmiş sərəncam əsasında açılmış muğam sinfinin ilk tələbələrindən oldu. Halbuki onun dərs almağa heç bir ehtiyacı olmadığı halda, sırf dahi Şövkət xanıma olan böyük sevgisindən məhz o sinifdə dərs almışdır Firuzə xanım.

“Azkonsert”, Filarmoniya, “Lalə” qızlar, Gəncə “Göygöl”, “Dan ulduzu” ansamblarının, təqvimdə elə bir günü yox idi ki, xalq qarşısında təşkil olunmuş konsertlərdə, stadion, tarla, kolxoz, sovxoz deməzdi, hətta son yaxın illərdə o, tədbirlərin birinin təşkilatcısı şəxsən özüm olmuşam və  Firuzə xanımın necə böyük şövqlə bütün tədbirlərin gözəl keçməsi ücün əlindən gələni etməsinin şahidi olmuşam.

Firuzə İbadovanın adı qırmızı hərflərlə yazılan müğənnilər siyahısında idi. Bunun müqabilində isə Firuzə İbadova ayda cəmi bir dəfə maaş alardı. O da digər sənətkarlar kimi xalqının qarşısında olan saysız cıxışlarının sonunu bugünki kimi deyil, çox böyük sevgi, diqqətlə ödəniləcəyini təxmini düşünür və məcburiyyətdən çörək parası ücün xəstə halı ilə toylarda, şou proqramlarda oxumazdı.

Firuzə xanım tək övladının deyil, bütün ailəsinin yükünü çəkib və bu gün də artıq neçə illərdi məcburiyyətdən Bayıldakı bir otaqlı evini sataraq, kreditini ödəyib bitirmədiyindən həmin evin 34 kvadratmetr sahəsi olan zirzəmisindən yarım metr hündürlüyündə yerləşdirilməsi… onu gördüyümdə dərdimin üstünə dərd gətirdi.

Firuzə xanım səhnədə Azərbaycan incəsənətinə xidmət etməyə başlayanda mən özüm birinci sinfə belə getmirdim və mənim kimi bir çoxları…

Düzdür, illər ötür yaşın üstə yaş gəlir və təbii ki, Firuzə xanım kimi musiqimizin və gənclərin yüksək musiqi zövqünün formalaşmasında xidməti olan insanlar qocalır, hətta səsini, səhnə gücünü də itirə bilərlər…

Amma bu o demək deyil ki, onların əməyi itməli və unudulmalı, qiymətləndirilməməlidirlər.

Onuncün də aidiyyəti orqanlar bu kimi halları dəqiqləşdirib və Firuzə xanım kimi insanların  halal haqqını qiymətləndirməlidirlər, əvəzinə özlərindən incik salmamalıdırlar.

Bu dünya onsuz da heç kimə qalan deyil…

Heç olmasa öləndə heç kimin gözü arxada qalmasın, Şövkət xanım kimi.

Allah heç kimi heç kəsə möhtac eləməsin!

Aybəniz HAŞIMOVA,

Əməkdar artist

Etikxeber.az

Read Previous

Şəhid anası ordeni təsis edilsin!-MİLLƏT VƏKİLİNDƏN ÖNƏMLİ TƏKLİF

Read Next

“Rəhim kimi igid oğullarımızın hər biri baş tacımızdırlar… Yoxluqlarına üzülürük…”-JALƏ ƏLİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir