“Fitnə toru hörmə bir də! Biz tərəfə hürmə bir də!”-MİLLƏT VƏKİLİNİN YENİ ŞEİRİ

Millət vəkili, şair-yazar Tahir Rzayev (Rza) son günlərin yaşananlarına, erməni təcavüzü və vandalizminə həsr olunmuş şeir yazıb, onu “Facebook” səhifəsində paylaşıb.

Etikxeber.az həmin şeiri təqdim edir:

Düşmən, sənin gözün çıxsın

Torpağıma girmə bir də. 

Şər sevdiyin evi yıxsın

 Heç toy-bayram görmə bir də.

Öz canını dərd,qana tut,

Silahını anana tut.

Bəd üzünü o yana tut

Biz tərəfə hürmə bir də.

Ay zatını danan dığa, 

Bağrın dönüb nədən dağa?

 Əlin yansın Qarabağa 

Fitnə toru hörmə bir də.

Torpağıma girmə bir də !

Heç toy-bayram görmə bir də!

Fitnə toru hörmə bir də!

Biz tərəfə hürmə bir də!

Etikxeber.az

Read Previous

“Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?”-MEHRİBAN ƏLİYEVA

Read Next

“Növbəti 6 kənd, növbəti Zəfər…Düşmən və ona züy tutanlar gözləsinlər-sarsıdıcı xəbərlər, sarsıdıcı zərbələr hələ qabaqdadır…”- JALƏ ƏLİYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir