“Forbes” ən bahalı 20 klubun siyahısını açıqladı

Dünyanın məşhur nəşrlərindən olan “Forbes” jurnalı ən bahalı 20 klubun siyahısını açıqlayıb.

Etikxeber.az jurnalın saytına istinadla verir ki, siyahıya İngiltərənin “Mançester Yunayted” klubu başçılıq edir. Klub 3 milyard 689 milyon dollar dəyərində qiymətləndirilir. 2015-2016-cı il mövsümündə klubun gəlirləri 765 milyon dollar təşkil edib.

İkinci yerdə “Barselona” (3,635 milyard dollar), üçüncü sırada isə “Real Madrid” (3,58 milyard dollar) klubları qərarlaşıblar. Hər iki klubun göstərilən dövrdə illik gəliri 688 milyon dollar olub.

“Bavariya” (2,713 milyard dollar) siyahıda dördüncü, “Mançester Siti” (2,083 milyard dollar) isə beşincidir. Almaniya təmsilçisi 2015-2016-cı il mövsümündə büdcəsinə 657 milyon, İngiltərə klubu isə 583 milyon dollar gəlir əlavə edib.

Ümumilikdə 20 klubun 8-i İngiltərəyə məxsusdur. Hesabat dövründə – 2015-2016-cı il mövsümündə çempion olan “Lester Siti” 19-cu sırada qərarlaşıb. Bu klubun ümumi dəyəri 413 milyon dollardır.

Klublardan üçü İspaniyanı, üçü Almaniyanı, beşi İtaliyanı, biri isə Fransanı təmsil edir.

Etikxeber.az

Read Previous

BMT ilə Avropa İttifaqı da İrandakı terraktları pislədi

Read Next

Ruhani dünya ictimaiyyətinə müraciət etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir