Formula-1 Azərbaycan Qran-prisinə media nümayəndələrinin qeydiyyatı başladı

Formula-1 Azərbaycan Qran-prisinə mətbuat nümayəndələrinin akkreditasiya prosesinə fevralın 20-də start verilib.

Etikxeber.az xəbər verir ki,  bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, akkreditasiya prosesi ilə bağlı təşkil olunmuş tədbirdə media nümayəndələrinə qeydiyyat barədə ətraflı məlumat verilir. Həmçinin mətbuat nümayəndələrinə xüsusi media bələdçiləri paylanılıb.

Akkreditasiya prosesinə martın 31-də yekun vurulacağını diqqətə çatdıran N.Arpadarai ötən mövsüm ilə müqayisədə builki yarışa qeydiyyat müddətinin daha uzun olduğunu deyib.

Etikxeber.az

Read Previous

ABŞ-da erməni lobbisinin Azərbaycana qarşı təxribatı uğursuzluqla nəticələndi – FOTO

Read Next

6 avtomobili qarət edən şəxs tutuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir