“Formula-1″lə bağlı yolların bağlanmasına görə 23 marşrut xəttinin hərəkət-SXEMİ DƏYİŞDİRİLƏCƏK

Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar olaraq mayın 31-dən başlayaraq qismən və tam bağlanacaq yollara görə 23 marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Etikxeber.az-a verilən məlumata görə, dəyişiklik aşağıda qeyd edildiyi kimi olacaq:

– 5 nömrəli marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi S.Rəhimov küçəsində olmaqla hərəkəti Azadlıq pr., S.Rəhimov küç., Xətai pr., ilə;

– 6 nömrəli marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə – M.Useynov küçəsi (Funikulyor) və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində;

– 88, M7 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st yaxınlığında olmaqla hərəkəti 28 May m/st. – Puşkin küç. – D.Əliyeva küç ilə;

– 6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermontov küç., B.Sərdarov küç. ilə;

– 53, 125 və 127 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç. (Funikulyor);

– 59 və 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. – Ş.Bədəlbəyli küç. –R.Behbudov küç. ilə;

– 65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., – Ə.Cavad küç., – Azərbaycan pr. ilə;

– 205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. Daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək;

– M2 və M2A nömrəli ekspres marşrutlar üzrə avtobusların hərəkəti Neftçilər prospektindən çıxarılaraq Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri ilə təşkil ediləcək.

Etikxeber.az

Read Previous

Ermənistan Şuşa ətrafında təxribat törədib-MÜDAFİƏ NAZİRLİYİ

Read Next

Bakı Musiqi Akademiyasının 100 illik yubileyi keçiriləcək-SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir