Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, müraciətdə hər birimiz üçün əziz olan Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilməyin vacibliyi qeyd olunub.

“Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır. Tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı və tam sönənədək nəzarətdə saxlanılmalıdır. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər. Yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!”, – deyə müraciətdə əhalinin diqqətinə çatdırılıb.

Etikxeber.az

Read Previous

Neftin qiyməti ucuzlaşmaqda davam edir…

Read Next

Sahib Məmmədov Aslan İsmayılovu Hadi Rəcəblinin oğluna böhtanda ittihamladı: “Böhtan atmaq ayıbdı, hüquqşünas üçün isə biabırçılıqdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir