“Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən çəkilməlidir…Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılmalıdır…”-SƏMƏD SEYİDOVDAN SƏRT SÖZLƏR

“BMT-nin 4 qətnaməsinin icra olunması beynəlxalq təşkilatların öhdəliyi idi”.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin komitə sədri Səməd Seyidov deyib.

S. Seyidov bildirib ki, ancaq parodoksal şəkildə BMT ötən gün öz qətnamələrinin icrası üçün bəyanatla çıxış edib.

S.Seyidovun sözlərinə görə, erməni işğalçıların Azərbaycandan çəkilməsi danışıqlar prosesinin əsas şərtidir:

“ATƏT-in Minsk qrupunun 3 həmsədri ötən gün hımsədrlər səviyyəsində deyil, 3 dövlət başçısı kimi bəyanatla çıxış ediblər. Artıq bəzi dövlət başçıları Roma papasından daha çox katolik olmağa cəhd edir. Bu bəyanatlar bölgədə sülhə töhfə verməyə xidmət etmir. Makronun son açıqlamaları bu qəbildəndir. Makron deyir ki, Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik. Bu, nə deməkdir?! Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir. Son hadisələr göstərir ki, ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməlidir. Fransa ATƏT-in Minsk qrupunun həmsədrliyindən çəkilməlidir. Azərbaycan-Fransa münasibətlərinə yenidən baxılmalıdır”.

Komitə sədri bildirb ki, Azərbaycanın hərbi əməliyyatları davam etdirməsi bu cür bəyanatlara ən yaxşı cavab olacaq.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhidimiz-ƏLƏKBƏR İSGƏNDƏR OĞLU ƏLƏSGƏROV…

Read Next

“Heç yerdə yazılmayıb ki, 3 həmsədr ölkə daimi seçilir…”-TURAL GƏNCƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir