Fransa da, Rusiya da BMT Təhlükəsizlik Şurasının iclasını-ÇAĞIRDI…

Rusiya iyun ayının 14-də BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin Telegram kanalında məlumat verilib.

Məlumatda Rusiyanın iclas çağırmasının səbəbi kimi, Qərb ölkələrinin Ukraynaya verdikləri silahlarla Rusiya Federasiyasının ərazisini vurmaq barədə rəsmi Kiyev üçün yaşıl işıq yandırması göstərilir.

Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iyunun 7-də iclasının keçirilməsini tələb edib.

BMT Təhlükəsizlik Şurasının Ukrayna mövzuları üzrə iclası iyunun 7-də Fransanın tələbi ilə keçiriləcək.

Bu barədə “TASS”-a təşkilatdakı mənbə məlumat verib.

Qeyd olunub ki, əsas diqqət humanitar məsələlərlə bağlı olacaq.

“BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin məruzəçi qismində çıxış etməsi planlaşdırılır”-deyə, mənbə bildirib.

Etikxeber.az

Read Previous

İki bacının nəvələri və iki Şəhid, iki qardaş-biri Şəhid, biri Qazi…VƏ YA ZÜVÜÇLÜ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞAHİN TAHİRLİNİN AİLƏSİNİ, OCAĞINI ZİYARƏT… – FOTOLAR

Read Next

“Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinizə görə minnətdarıq”-ÜTT-NİN BAŞ DİREKTORU AZƏRBAYCAN PREZİDENTİNƏ MİNNƏTDARLIQ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir