“Fransa Minsk qrupunun həmsədr ölkəsidir…Həmsədr ölkələr neytrallığı və vasitəçilik missiyasında qərəzsizliyi təmin etməlidir…Fransalı deputatların səfəri həmsədr kimi Fransanın neytrallığına kölgə salır…”-PREZİDENTİN KÖMƏKÇİSİNDƏN XƏBƏRDARLIQ

Ermənistan kütləvi informasiya vasitələrində Fransanın parlament nümayəndə heyətinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barədə məlumat verilir.

Etikxeber.az xəbər verir ki, bu haqda Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlamasında deyilir.

Açıqlamada sonra qeyd edilir:

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam etdiyi, rəsmi Yerevanın ballistik raketlərdən istifadə edərək mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi şəraitdə Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır. Səfərdə iştirak edən Fransa parlament üzvlərinin əksəriyyətinin erməni lobbi dairələri ilə bağlılığı və erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil.

Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələr neytrallığı və vasitəçilik missiyasında qərəzsizliyi təmin etməlidir. Bu səfər ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın neytrallığına kölgə salır.

İndiki həssas dönəmdə bu qəbildən olan provokativ addımlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin ciddi hiddətinə səbəb olur.

Bu səfər regionda gərginliyin azalmasına xidmət etmir. Əksinə, Ermənistanı mülki Azərbaycan əhalisinə, xüsusilə uşaqlara qarşı yeni hərbi cinayətlər törətməyə, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməyə daha da cəsarətləndirir.

Fransa parlament nümayəndə heyətinə Ermənistan baş naziri ilə görüşdə ona törətdiyi hərbi cinayətlər, xüsusilə dinc sakinlərin ölümü ilə nəticələnən Azərbaycanın Gəncə, Tərtər, Mingəçevir və digər şəhərlərini ballistik və reaktiv raketlərdən atəşə tutmasına görə daşıdığı məsuliyyəti xatırlatmağı tövsiyə edirik”. 

Etikxeber.az

Read Previous

“İkinci Dünya müharibəsindən sonra nə baş verdi. Almaniya və Amerika Birləşmiş Ştatları biri-birilərini öldürürdülər. Sovet İttifaqı və Almaniya bir-birilərini öldürürdülər…Lakin indi baxın, bu, artıq yaddaşda deyil. Bu, düşmənçiliyə təhrik etmir…”-PREZİDENT BUNLARI “FOX NEWS”-Ə MÜSAHİBƏSİNDƏ DEDİ…- FOTOLAR

Read Next

“Ölkə Prezidenti, Ali Baş Komandan nəinki ölkəyə layiqincə Başçılıq, nəinki Orduya uğurla Komandanlıq, Sərkərdəlik edir, həm də bir əsgər, bir cəngavər, bir qəhrəman kimi bütün cəbhələrdə döyüşür, vuruşur… “Fox News”-ə müsahibə bir daha bunun sübutu oldu…”- ELDƏNİZ SƏLİMOVUN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir