Fransa Senatından Azərbaycan əleyhinə növbət-BİABIRÇI QƏTNAMƏ…

Fransa Senatı Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib.

Etikxeber.az xəbər verir ki, Senat Fransa Konstitusiyasının 34-1-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsini müzakirəyə çıxarıb və qəbul edib.

İclasda iştirak edən 296 nəfərdən 295-i layihənin lehinə, 1 nəfər əleyhinə səs verib.

Qətnamə layihəsində “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi” tələb olunub.

Layihə müəllifləri “Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını” tələb edirlər.

“Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görmək” tələb edilir.

Bununla yanaşı, Fransa hökumətinə “Dağlıq Qarabağda humanitar büro açmaq” təklif edilir.

Təkliflər arsında qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması da yer alır.

Eyni zamanda, Fransa hökumətindən Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamaq tələb olunur.

Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında var.

Qeyd edək ki, Fransa uzun müddətdir ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və onu pozuculuq fəaliyyətində həvəsləndirir.

Etikxeber.az

Read Previous

“Azərbaycan Aİ rəsmiləri tərəfindən etibarlı tərəfdaş kimi artıq tanınıb…”-İLHAM ƏLİYEVİN ALBANİYAYA SƏFƏRİ BAŞA ÇATDI – FOTOLAR – YENİLƏNİB – (9)

Read Next

“Fransa Senatının qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək”-POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir