“Fransa Senatının qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək”-POLİTOLOQ

Fransa Senatının qətnaməsi Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə salır. Şübhə etmirəm ki, Paşinyan, Ermənistandakı siyasi partiyalar və Qarabağ separatçıları Fransa Senatına təbrik məktubları göndərəcəklər. Əgər Paşinyan Qarabağdan imtinaya hazırlaşırdısa, Fransa Senatı sanki onu “cəsarətləndirdi” və Ermənistanın baş nazirinə belə bir mesaj göndərdi: “Əsla Qarabağın müstəqilliyindən vaz keçmə”.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Qeyd edib ki, əgər Fransa prezidentinin və Senatının anti-Azərbaycan ritorikası Ermənistanı və erməni separatizmini qorumaq məqsədi daşıyırsa, tam əks nəticəylə üzləşəcəklər.

“Fransa Senatının qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək. Fransa prezidenti və ya hökuməti Azərbaycanla bütün körpüləri yandırmamaq üçün Senatın qətnaməsindəki bəndləri əsas götürməyə də bilər, ancaq hər zaman həmin qətnamə ilə bizi şantaj etməyə çalışacaqlar”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Fransa Senatından Azərbaycan əleyhinə növbət-BİABIRÇI QƏTNAMƏ…

Read Next

“ABŞ ekspertləri ölkənin şərqindəki partlayışın təhqiqatına cəlb edilib”-POLŞA PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir