Fransa və İtaliyanın futbol əfsanələri arasında xeyriyyə matçı oynanılacaq

İyunun 17-də Fransa və İtaliyanın futbol əfsanələri arasında xeyriyyə matçı baş tutacaq.

Etikxeber.az “lequipe.fr” saytına istinadla bildirir ki, bir çox ulduzların iştirak edəcəyi matç ötən il iyulun 14-də Fransanın Nitsa şəhərində baş verən və 86 nəfərin ölümünə səbəb olan terror aktının qurbanlarının xatirəsinə həsr ediləcək. Xeyriyyə matçına bilet satışından əldə ediləcək gəlir “Mələklərin gəzintisi” assosiasiyasına köçürüləcək.

Artıq bir sıra əfsanəvi futbolçular – Zidan, Pöti, Deşam, Qovu, Qallas, Vieri, Maldini, Barezi, Kostakurta, Del Piero Nitsadakı “Allianz Riviera” stadionunda keçiriləcək matçda iştiraklarını təsdiqləyiblər.

Etikxeber.az

Read Previous

“Ən ağır vəziyyətdə yaşayan ailələr tezliklə yeni binalara köçürülməlidir” – ƏLİYEVA – FOTOLAR – YENİLƏNİB

Read Next

Kazuyoşi Miyura meydana çıxan ən yaşlı futbolçu adını qazandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir