Fransada AzTV-nin jurnalistlərinə hücum edənlərin cəzalandırılacağını gözləyirik-XİN – YENİLƏNİB

Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına hücum olub.

Etikxeber.az xəbər verir ki, bununla bağlı Azərbaycan Televiziya və Radio Verilişləri QSC bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar:

“Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik.

Biz Fransanın hüquq mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”.

***

Fransada AzTV-nin azərbaycanlı jurnalistlərinə edilən hücumu qətiyyətlə pisləyirik.

Bu barədə isə XİN-dən bildirilib.

“Jurnalistlərə qarşı törədilən bu xain hücumun qısa müddət ərzində Fransa hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağını, cinayətkarların müəyyən edilərək cəzalandırılacağını gözləyirik”, – məlumatda deyilir.

Etikxeber.az

Read Previous

Daha bir ölkə İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasını-TƏXİRƏ SALDI

Read Next

Millət vəkilinin təşəbbüsü və dəstəyi ilə-GORANBOYDA 200 AİLƏ SUYLA TƏMİN OLUNDU, ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRİN İŞTİRAKI İLƏ QURBAN BAYRAMINA HƏSR OLUNMUŞ MƏCLİS DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir