Fransada keçirilən parlament seçkilərinin 2-ci turunda səsvermə prosesi başa çatıb.
Etikxeber.az xəbər verir ki, “İpsos/Sopra Steria” sorğu şirkətinin hesablamalarına görə, seçicilərin 57 faizi səsvermədə iştirak etməyib. Bu, Fransa tarixində anti-rekorddur.
Qeyd edək ki, parlament seçkilərinin 2-ci turunun ilkin nəticələri bir azdan, yerli vaxtla saat 20:00-da məlum olacaq.
***
“İpsos/Sopra Steria” sorğu şirkətinin ilkin hesablamalarına görə, Fransada keçirilən parlament seçkilərinin 2-ci turunda “İrəli, respublika” hərəkatı Milli Assambleyada 577 yerdən 355-ni əldə edib.
Qeyd edək ki, 1-ci turda eyni şirkətin sorğusuna əsasən bu rəqəm 415-455 arasında idi.
“Elabe” sorğu şirkətinin hesablamalarına görə isə “İrəli, respublika” hərəkatı Demokratik Hərəkat Partiyası (MoDem) ilə birlikdə 395-425 yer qazanıb. Həmçinin Respublikaçıların 125, Sosialistlərin 29-34, “Fəth edilməyən Fransa” hərəkatının Kommunistlərlə birlikdə 30, Milli Cəbhənin isə gözlənildiyindən daha çox – 8 yer əldə etdikləri bildirilir.
Parlament seçkilərinin 2-ci turunda seçicilərin 57-58 faizinin iştirak etməyib.
Fransa Daxili İşlər Nazirliyi seçkilərin rəsmi nəticələri sabah elan edəcək.
Etikxeber.az