“Freddi” bu ölkələrdə dağıntılara və ölümlərə-SƏBƏB OLDU…

“Freddi” tropik qasırğası Afrikanın 3 ölkəsində – Madaqaskar, Malavi və Mozambikdə 522 nəfərin ölümünə səbəb olub.

Etikxeber.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yüz minlərlə insan leysan yağışlar, subasma və torpaq sürüşmələrindən zərər çəkib.

İnsan ölümlərinin əksəriyyəti ən kasıb ölkələrdən biri olan Malavidə qeydə alınıb.

Bu ölkədə 438 nəfər ölüb, 345 min nəfər yağışlar, subasma və torpaq sürüşmələrindən zərər çəkib, on minlərlə insan evsiz qalıb.

Malavinin cənubunda fövqəladə vəziyyət rejimi elan olunub.

Mozambikdə “Freddi” tropik qasırğası 67 nəfərin ölümünə səbəb olub.

Madaqaskarda isə 17 nəfər həyatını itirib.

Qeyd edək ki, fevralın 21-də Hind okeanı üzərində formalaşan “Freddi” tropik qasırğası öncə Madaqaskarda dağıntılara yol açıb.

Daha sonra Madaqaskar adasından Afrika qitəsinə yer dəyişib, daha sonra yenidən adanı vurub.

Martın 11-də qasırğa Mozambik və Malavidə dağıntılara yol açıb. Beləliklə, qasırğa 1 ay ərzində davam edib.

Dünya Meteoroloji Təşkilatının məlumatına görə, bu, müşahidələrin aparıldığı dövrdə ən uzun müddət davam edən qasırğadır.

Etikxeber.az

Read Previous

Daha bir ölkədə prezident seçkiləri-KEÇİRİLİR…

Read Next

Daha 48 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir