“Freedom House” Azərbaycan hökumətinə hüquq müdafiəçilərilə bağlı çağırış etdi

Beynəlxalq insan haqları təşkilatı “Freedom House” Azərbaycan hökumətinə hüquq müdafiəçilərilə bağlı çağırış edib.

 Etikxeber.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, təşkilatın yaydığı bəyanatda deyilir:

“… Elçin Sadıqov və Fariz Namazlıya qarşı böhtan və hədə kampaniyasını dayandırmalıdır”.

Təşkilatın beynəlxalq proqramlar üzrə vitse-prezidenti Robert Herman deyib ki, hökumət öz peşə öhdəliklərini yerinə yetirən vəkillərlə pis rəftara son qoymalıdır.

Noyabrın 2-də Azərbaycanın hökumətyönlü media orqanlarından biri vəkil E.Sadıqovun müdafiə etdiyi şəxslərdən birinin xanımı ilə romantik münasibətləri olduğunu iddia edən məqalə yayıb.

E.Sadıqov Daxili İşlər Nazirliyinin ağır cinayətlər üzrə bölməsində olanda isə, onu döyməklə hədələyiblər.

Vəkilin xanımı, özü də hüquq müdafiəçisi olan Zibeydə Sadıqova da həyat yoldaşının işiylə bağlı hədələndiyini deyir.

Elə noyabrın 2-də digər vəkil Fariz Namazlıya polisə onunla bağlı şikayətin daxil olması barədə məlumat verilib.

F.Namazlı oktyabrın 20-də məhkəmədə bir şəxsə hücum etməkdə günahlandırılır, halbuki həmin tarixdə hücuma məruz qalan vəkilin özü olub.

Etikxeber.az

Read Previous

DBP-li bələdiyyə sədri də saxlanıldı

Read Next

“Güclü komandaya qalib gəldik və şanslarımızı artırdıq” – Qurban Qurbanov

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir