“Fuadın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq…” – MİLLƏT VƏKİLİ – FOTOLAR

Bu gun Silahlı Qüvvələrimizin kiçik çavuşu şəhid Qafarov Fuad Fərhad oğlu doğulduğu rayonunda – Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində torpağa tapşırıldı.

Etikxeber.az xəbər verir ki, bunu həmin rayondan millət vəkili olan Eldəniz Səlimov öz “Facebook” səhifəsində qeyd edib.

Millət vəkili mətbuata açıqlamasında isə qeyd edib ki, Vətən torpaqları uğrunda qəhrəmancasına həlak olan şəhidlərimiz millətimizin, xalqımızn baş tacı, müqəddəs and yeridir.

“Bu günə kimi də yüzlərlə, minlərlə Vətən övladı torpaqlarımız, işğal olunmuş ərazilərimizin düşmən-erməni tapdağından azad edilməsi yolunda canlarından keçib, mərdliklə və qəhrəmancasına şəhid olub, Şəhidlik zirvəsinə ucalıblar.

Şəhidlik zirvəsindən də yüksək zirvə yoxdur və ola da bilməz. Fuad balamız da öz qəhrəmanlığı ilə Şəhidlik zirvəsinə ucalan igidlərimizdən, şəhidlərimizdən biri oldu. Digər şəhidlərimiz kimi, Fuadın da əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, ruhu daim bizimlə olacaq.

Eyni zamanda, Vətən torpaqlarımızın, işğal altında olan ərazilərimizin, yurd yerlərimizin də azad ediləcəyi, işğaldan qurtulacağı gün uzaqda deyil. Buna da hər kəs, o cümlədən, şərəfsiz, insanlıq hissini itirmiş düşmənlərimiz və onların havadarları əmin olsun.

Allah cəmi şəhidlərimizin, o cümlədən, Fuadın da məkanını cənnətlik, ruhunu şad etsin!”-deyə, o, daha sonra qeyd edib.

fuad-5fuad-2

Etikxeber.az

Read Previous

“Mançester Yunayted” Mourinyo ilə müqaviləni yeniləməyə hazırlaşır

Read Next

Ankarada ən böyük Azərbaycan bayrağının dalğalandığı evin SAHİBİ – VİDEO- FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir