“Futbol elə Bakıdan ibarətdir?”-TAHİR KƏRİMLİ

Millət vəkili Tahir Kərimli parlamentin bugünkü plenar iclasında ölkə futbolunun mövcud durumu məsələsini qaldırıb.

Etikxeber.az-ın xəbərinə görə, millət vəkili bildirib ki, Azərbaycan futbolu yerində sayır:

“Futbol elə Bakıdan ibarətdir? Güclülər dəstəsindəki 9 klubdan 8-i Bakının payına düşür. Cəmi bir klub Qəbələni təmsil edir. Bəs başqa bölgələr? Futbol və futbol klubları ancaq Bakıdan ibarətdir? Deyirlər ki, Azərbaycan çempionatı keçirildi. Bu, elə Bakı çempionatı olub.

Bunların çoxunu da SOCAR maliyyələşdirir. Hanı bizim böyük şirkətlərimiz? Yuxarı liqalara bir komanda belə çıxmır. Uduzan da, udan da yerində sayır. Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda yoxdur.

Niyə ölkə futbolu yerində sayır? Niyə yerlərdə futbol, uşaq idmanı, uşaq futbolu inkişaf etdirilmir?”-deyən millət vəkili aidiyyatı qurumları bu məsələyə ciddi yanaşmağa dəvət edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycanda Su çərşənbəsi qeyd olunur–BU GÜN

Read Next

MM-in plenar iclası-SEVİNC FƏTƏLİYEVA VƏ NİGAR ARPADARAİ ƏLİLLİYİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ YÖNÜNDƏ PROBLEMLƏRİN HƏLLİNİ QALDIRDI, AZƏR BADAMOV QAZ LİMİTİ İLƏ BAĞLI ÖNƏMLİ TƏKLİF SƏSLƏNDİRDİ, FAZİL MUSTAFA İDMAN ZALLARININ AÇILMASINDAN DANIŞDI, ZİYAFƏT ƏSGƏROVU İSƏ NİZAMİ SƏFƏROV ƏVƏZLƏDİ… – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir