Futbol üzrə 2030-cu il dünya çempionatı dörd ölkədə keçirilə bilər

Cənubi Koreya, KXDR, Çin və Yaponiya futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirə bilər.

Etikxeber.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreya Futbol Assosiyasiyasının prezidenti Çun Mun Qu bəyan edib.

“Cənubi Koreya, KXDR, Çin və Yaponiya  arasında ətraflı müzakirə aparılsa, futbol üzrə 2030-cu il dünya çempionatını birgə keçirmək mümkün olar. Koreya Respublikası, Çin və Yaponiya  mundialın detallarına dair razılığa gələndən sonra, Şimali Koreya da layihəyə qoşula bilər”- deyə, federasiya prezidenti bildirib.

Çun Mun Qu həmçinin Cənubi Koreyada Asiya Kubokunu təşkil etmək niyyətində olduğunu bildirib.

Etikxeber.az

Read Previous

Karate yarışlarının növbəti bürünc medalını Asiman Qurbanlı aktivinə yazdırıb – FOTO

Read Next

“Turizm haqqında” qanun layihəsi ikinci oxunuşa təqdim edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir